Dumanlı hava Bakıda 2 qəzaya səbəb oldu

Dumanlı hava Bakıda 2 qəzaya səbəb oldu

Sürücülər yollarda diqqətli olmalıdırlar

Bakucity.az xəbər verir ki, paytaxtda dumanlı hava şəraiti ilə əlaqədar bu saata kimi Bakıda iki yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

V. Əsədov sürücülərə yollarda diqqətli olmalarını tövsiyə edir:

“Bu saata qədər paytaxt ərazisində nəqliyyat vasitələrinin maddi zərəri ilə nəticələnən iki yol qəzası baş verib. Xəsarət alan olmayıb. Hazırda dumanlı hava şəraiti Bakının Yasamal rayonu ərazisində daha çox hiss olunur.

Bu səbəbdən sürücülərə yaxın işıqlarını yandıraraq hərəkət etmələri tövsiyə olunur. Yaxşı olaradı ki, yollarda sürət həddini mümkün qədər aşağı endirsinlər, ara məsafəni gözləsinlər və diqqətli olsunlar”. "Oxu.az"

Bakucity.az

yol qəzaları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər