Bakıda narkotiklərin qanunsuz dövriyyəsi məsələləri müzakirə olunur - FOTO

Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans (IDEC) keçirilir

Bakucity.az xəbər verir ki, "Qlobal tərəfdaşlıqların səfərbər edilməsi"nə hədəflənmiş Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Konfransda çıxış edən Baş nazir Novruz Məmmədov bildirib ki, Azərbaycanın xarici siyasəti bütün ölkələrlə qarşılıqlı səmərəli və faydalı əməkdaşlıq prinsipinə əsaslanır. 

N.Məmmədov bildirib ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi dünyanı narahat edən ən ciddi problemlərdən biridir. Narkotiklərin qanunsuz dövriyyəsi həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər törədir.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov isə Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində üç dövlət proqramının uğurla icra edildiyini xatırladıb. Azərbaycanda müasir texnologiyalar vasitəsilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır və son dövrlərdə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vurğulayıb ki, görülən ciddi tədbirlər nəticəsində 2019-cu ilin ilk 3 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 dəstə aşkar edilib və 520 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

Daha sonra çıxış edən Birləşmiş Ştatların Azərbaycandakı səfiri Örl Litzenberqer ölkəmizin beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşı olduğunu, beynəlxalq sülhün təmin olunmasına mühüm töhfə verdiyini və bu tədbirə ev sahibliyi etməklə narkotiklərə qarşı mübarizədə mühüm rol oynadığını qeyd edib.

İki gün davam edəcək Beynəlxalq Konfransın Azərbaycanda keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub.

Beynəlxalq Konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı dünyada mövcud olan müasir mübarizə üsullarından ölkə mütəxəssislərinin bəhrələnməsinə şərait yaradacaq.

Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan Beynəlxalq Konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib. Beynəlxalq Konfrans birinci dəfə 1983-cü ildə Panamada keçirilib. "Trend"

Bakucity.az

konfrans
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
8 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
"Sizi ayın 15-dək köçürdəcəyəm" Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şüvəlanda 20 ailənin məskunlaşdığı, yaşamaq üçün tamamilə yararsız binanın sakinləri qəbul edilib, onların vəziyyəti ilə maraqlanıblar. BakuCity.az-ın Baku TV-yə istinadən verdiyi məlumata görə, görüşdən sonra qurum təcilli olaraq sakinlərin yeni yaşayış evləri ilə təmin olunması barədə qərar qəbul edib. Sakinlər komitənin sədri Rövşən Rzayevin şəxsən bu ünvan...
Mədəniyyət
Festivalda nüfuzlu beynəlxalq rəqqaslar iştirak edəcəklər Argentinanın Azərbaycandakı Səfirliyi və “United Cultures”-in təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 Noyabr – 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır. Bakucity.az xəbər verir ki, festivalda nüfuzlu beynəlxalq rəqqaslar iştirak edəcəklər. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Piyacco və Maksim Gerasi...
Cəmiyyət
Bakının mərkəzindəki mənzərəli göl və hündür şam ağacları BakuCity.az saytı oxucularını Bakının ən məşhur parkları ilə tanış etməyə davam edir. Bu dəfə oxucular səs-küylü meqapolisin mərkəzində, Dədə Qorqud parkında - təbiətin kiçik bir guşəsində gəzintiyə çıxacaqlar. Parkın yaranma tarixi Nərimanov rayonunda yeni parkının yaradılması ilə əlaqədar tikinti işlərinə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, x...
Cəmiyyət
"Şəkil çəkmədiyiniz üçün təşəkkür edirik" “Araz” supermarketlər şəbəkəsi mağaza daxilində şəkil çəkməyə qoyulan qadağa məsələsinə rəsmi münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, şəbəkənin Marketinq departamenti PR və Daxili kommunikasiya bölməsinin müdiri Billurə Əmirova Oxu.az-a açıqlamasında bildirib ki, şəkil çəkmə ilə bağlı məhdudiyyət təkcə “Araz” supermarketlər şəbəkəsində yox, dünyanın bütün iri şəbəkə marketlərində var: “Bizdə də təbii ki...
İdman
Masazırda məşq edəcəklər Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb. BakuCity.az Apasport.az-a istinadən məlumat verir ki, yeni klub "Xocalı" adlanacaq. Bununla bağlı klubun, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri və futbol mütəxəssisləri birgə "Ana harayı" abidəsini ziyarət ediblər. “Xocalı”nın təsisçisi İlkin Hacıyev bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: "Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına təkan verm...
Hadisələr
15-16 yaşları var Bakının iki rayonunda yeniyetmələr itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami və Sabunçu rayonlarında qeydə alınıb. Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vahid Kərimov evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər yeniyetmə isə Nizami rayonu, B.Nuriyev küçəsində itkin düşüb. Qeyd edilən ünvanda yaşayan 2004-cü il təvəllüdlü Ravil Pənahov evdən çıxaraq naməlum istiqamətdə...
Ekologiya
Xəzri güclənəcək Noyabrın 21-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah paytaxtda arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 ...
Cəmiyyət
153 kiloqram yararsız ət aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib.  AQTA-dan BakuCity.az-a verilən məlumata görə, agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb. Məlum olub ki, ümumi ç...
Cəmiyyət
Bu şəraitdə yaşamaqdan bezib Səhər saatlarında Bakıda kişi intihara cəhd edib. BakuCity.az ARB-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində baş verib. Qamət Ağayev yaşadığı binanın damına çıxaraq həyatına son qoymaq istəyib. Məlum olub ki, buna səbəb onun mənzilinin məxsus olduğu MTK-dan narazılığıdır. O, mənzilinin kommunal təchizatından narazı olduğu üçün bu addımı atmaq qərarına gəlib. Q.Ağayev bildirib ki, 2006-cı ildə “As...