Yunan-Roma güləşi üzrə yığmamız 76 xal toplayıb
Bakucity.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qitə birinciliyində 1 gümüş və 2 bürünc medal qazanan Yunan-Roma güləşi üzrə yığmamız 76 xal toplayaraq, komanda hesabında 3-cü yeri tutub.
Rusiya (192) 1-ci Türkiyə (132) isə 2-ci olub.
Millimizə ən çox xalı finala kimi irəliləyən İslam Abbasov qazandırıb. Avropa 2-nə görə komandamızın hesabına 20 xal yazılıb. Bürünc medalçılar - Eldəniz Əzizli və Taleh Məmmədovdan hərəyə 15 xal gəlibsə, medal görüşündən məğlub ayrılan Orxan Nuriyevin əldə etdiyi xal 10-a bərabər olub.
Yığmamıza digər xallar Sabah Şəriəti (8), Murad Məmmədov (6) və debütant Ülvi Qənizadədən (2) gəlib.
Bakucity.az