Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO

Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO

Görüş Heydər Əliyev Mərkəzində baş tutub

Bakucity.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi, professor İlbər Ortaylının “Qafqaz tarixi” mövzusunda mühazirəsi keçirilib.

Professor İlbər Ortaylı Avropa qitəsinin mühüm regionu olan Qafqazda qədim dövrdə yaradılmış dövlətlər, burada yaşayan yerli əhali, müxtəlif dövrlərdə əraziyə köçürülmüş tayfalar, etnik qruplar haqqında məlumat verib, eramızdan əvvəl mövcud olmuş Urartu dövlətinə dair erməni iddialarına qarşı tutarlı faktları diqqətə çatdırıb.

İ.Ortaylı qeyd edib ki, həm Azərbaycan, həm Türkiyə ərazisində müxtəlif vaxtlarda həm sığınacaq axtaran xalqlar, həm də işğalçı dövlətlərdən gələn xalqların nümayəndələri məskunlaşıb. Müasir dövrdə də hər iki dövlət qaçqın qəbul edir. Ermənilər isə Qafqaza əsasən XVIII-XIX əsrlərdə köçürülüb.

Tarixçi alim çoxmillətli Qafqazda oğuz türkcəsinin geniş yayıldığını bildirib, əlifbanın bir neçə dəfə dəyişməsi məsələsinə aydınlıq gətirib, Mirzə Fətəli Axundzadənin əlifba islahatı layihəsini, türk dilinə məxsus səslərin ərəb qrafikası ilə yazmağın mümkünsüzlüyünü qeyd edib. O, Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin türklərin qədim dili, tarixi və mədəniyyəti haqqında məlumat verən dəyərli mənbə olduğunu söyləyib.

“Qafqaz bizim üçün bir tarixdir”, - deyən tarixçi alim Qafqazda səlcuqlar hakimiyyətini, XIX əsrdə Rusiya işğalına - 1828-ci il Türkmənçay müqaviləsinə qədər Azərbaycan dövlətlərinin hakimiyyətinin olduğunu, bu gün isə Qafqazda Azərbaycan Respublikasının mövqeyini vurğulayıb.

Mühazirəni Türkiyənin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları, tarixçi alimlər, ziyalılar, tələbələr, ictimaiyyət nümayəndələri dinləyiblər.

Türkiyəli professor tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. "Trend"

Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO, fotoşəkil-1 Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO, fotoşəkil-2 Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO, fotoşəkil-3 Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO, fotoşəkil-4 Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO, fotoşəkil-5 Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO, fotoşəkil-6 Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO, fotoşəkil-7 Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO, fotoşəkil-8 Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO, fotoşəkil-9 Bakıda türkiyəli tarixçi, professorla görüş keçirildi - FOTO, fotoşəkil-10

Bakucity.az

görüş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər