Bakıda içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayıblar
Bakucity.az xəbər verir ki, Bakıda içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Süleymanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində ərazidə yerləşən evlərin birindən içərisində 400 manat pul və 10.200 manatlıq qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Süleymanov tutulub.
Faktla bağlı araşdırmalara başlanılıb. ONA
Bakucity.az