Bakıda toyuq oğurlayan şəxslər tutuldu

Bakıda toyuq oğurlayan şəxslər tutuldu

Bakıda 170 min manatlıq toyuq oğurlayan şəxslər saxlanılıb

Bakucity.az xəbər verir ki, paytaxtın Hövsan ərazisində 170 000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170 000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıblar.

Faktla bağlı araşdırmalara başlanıb. ONA 

Bakucity.az

oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər