Bakıda uşaq evi ilə bağlı şok ittiham - Nazirlik hərəkətə keçdi

"Məktəbdə direktor, direktor köməkçisi daxil olmaqla"...

Bakucity.az xəbər verir ki, Kimya müəllimi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən 2 saylı internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub. 

Belə ki, 2017 ildə  sözügedən məktəbdə 2 həftə dərs keçən gənc müəllimin yazdıqlarına görə, məktəbdə uşaqların yaşadığı problemlər, onun qarşılaşdığı qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə şifahi və yazılı müraciət etsə də, ondan maddi sübut kimi video və ya səs yazısı istənilib:

"Məktəbdə direktor, direktor köməkçisi daxil olmaqla müəllimlər toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi. Şagirdlərə kitab yalnız 45 dəqiqə ərzində paylanıb dərs sonunda yığılırdı. Buna etiraz etdiyim zaman müavin mənə dedi ki, uşaqlar vəhşidir, kitabları versələr, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.

Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim dərs keçmədi mən orda olduğum müddətdə. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda.

Bunun nəticəsidir ki, məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib. 

Məktəbin psixoloqu direktorun sürücüsü idi. O, tez-tez uşaqları heç bir əsas olmadan dərsdən çıxarıb fiziki iş görməyə aparırdı. 

Uşaqlara gələn keyfiyyətli qidalar satışa çıxarılır, elə onları da uşaqlar daşıyırdı. 

5 saat dərsimin hər saatı bir günə salınmışdı, Mənə bildirildi ki, hər ay direktor müavininə 50 manat versəm, dərsim 2 günə salınar. Bütün bu rahatlıq direktorun icra başçısı ilə çox yaxın olmasından gəlirmiş.

İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu”.

Təhsil Nazirliyinin nümayəndəsi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov sözügedən məktəbdə olub.

Onun sözlərinə görə, məsələ ilə bağlı komissiya yaradılıb və araşdırma başlanılıb. Nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək. "Qafqazinfo"

Bakucity.az

ittiham
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Olimpiada bu il 4-11 avqust tarixlərində baş tutacaq.  Bakucity.az xəbər verir ki, 30-cu Beynəlxalq İnformatika Olimpiadasına (İOİ-2019) hazırlıq işləri çərçivəsində ADA Universitetində müxtəlif tədbir və görüşlər təşkil edilir. Proqram çərçivəsində Beynəlxalq İnformatika Olimpiadasının ölkəmizdən olan medalçıları ilə görüş keçirilib. İlk görüş 1996-cı ildə Macarıstanda keçirilən 8-ci Beynəlxalq İnformatika Olimpiadasının bürünc medalçısı Elnur Seyidli ilə...
Cəmiyyət
Sabunçu rayonunda genişmiqyaslı təmir-tikinti işləri aparılır. Bakucity.az  xəbər verir ki, Bakıxanov qəsəbəsi General Səmədbəy Mehmandarov prospekti üzrə mərkəzi yol yenidən qurulur. Ramana qəsəbəsinin Elşən Məhərrəmli küçəsinin 27 min kv.m sahəsində təmir-bərpa işləri görülür. “Savalan” yaşayış massivinin də yollarının vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün burda da təxirəsalınmaz tədbirlərə start verilib....
Cəmiyyət
Əlində əlavə barmaq olan uşaq əməliyyat olunub.  Bakucity.az xəbər verir ki, əməliyyat Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında baş tutub.  Polidaktiliya xəstəliyindən əziyyət çəkən 6 aylıq körpənin əlindəki əlavə barmaq əməliyyatla götürülüb. Bunu da oxu: Bakı sakinlərinə pulsuz parklanma talonu veriləcək Əməliyyatı aparan uşaq cərrahı Vüqar Məhəmmədovun sözlərinə görə, polidaktiliya nadir xəstəlik deyil: “Polidaktiliya əlavə b...
Kriminal
Paytaxtın Xəzər rayonunda ailə dramı yaşanıb. Bakucity.az xəbər verir ki, aprelin 23-də saat 11:25 radələrində Mərdəkan qəsəbəsində 37 yaşlı Dədəcanov Natiq İlham oğlu münaqişə zəminində həyat yoldaşı Dədəcanova Vüsalə Tofiq qızına iki bıçaq zərbəsi vurub. Nəticədə qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. Bunu da oxu: Bakıda 73 yaşlı qadın sifarişlə öldürülüb - FOTO Hadisədən sonra Natiq Dədəcanov...
Biznes
Startap layihələri investorlara təqdim edilib. Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycanın mövcud sərmayə imkanları startap layihələri ilə investorlara nümayiş etdirilib.  Tədbir kapitalın artırılması və böyük investorlar, biznes liderləri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar əlaqələr yaratmaq arzusunda ola...
Mədəniyyət
"Multizavrlar" tamaşası böyük maraq və izdihamla qarşılanıb. Bakucity.az xəbər verir ki, aprelin 20-də Akademik Milli Dram Teatrında "MGM Production" şirkətinin təşkilatçılığı ilə baş tutan  tamaşa uşaqları və hətta valideynləri də çox təəccübləndirib və xeyli əyləndirib.  Moskvanın "МУЛЬТИЗАВРЫ. ТАИНСТВЕННЫЙ ОСТРОВ" adlı lisenziyalı multimediyalı tamaşasında bütün qonaqlara xüsusi interaktiv qolbaqlar paylanılıb. Uşaqlar və valideynlər tamaşa boyu bir-bir...
Ekologiya
Sabaha paytaxta gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Bunu da oxu: Bakıda havanın qeyri-sabit keçmə...
Hadisələr
Paytaxta yol-nəqliyyat hadisəsi baş verib.  Bakucity.az  xəbər verir ki, səhər saatlarında Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində “KİA” markalı avtomobil aşıb.  Hadisəyə sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.  Bunu da oxu: Bakıda nişanlı qız intihar edib Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.  (Oxu.az) Bakucity.az
Mədəniyyət
Sem Smiti əvəz edəcək sənətçi müəyyənləşib. Bakucity.az xəbər verir ki, “Formula-1” Qran-Prisi çərçivəsində planlaşdırılan konserti ləğv olunan müğənni Sem Smitin əvəzində Bakıya əslən britaniyalı olan Cessi Cey gələcək.  Bu barədə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bildirib. “Aldığımız məlumata görə, Sem Smitin səsində ciddi problemlər yaranıb. Sem Bakıdan öncə verməli olduğu daha iki konsertini ləğv edib. On...