Bakıda qardaş bacısını bıçaqladı

Bakıda qardaş bacısını bıçaqladı

Qadının həyatını xilas etmək mümkün olmayıb

Bakucity.az xəbər verir ki, Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi məhkəmə prosesi keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası aprel ayının 19-na təyin olunub.

Hadisə ötən il dekabrın 24-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Qəsəbə sakini, 60 yaşlı M.Qədimov aralarında yaranmış mübahisə zəminində bacısı, 44 yaşlı Gülarə Nuriyevanı bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən yaralı qadın oradaca ölüb.

Hadisəni törədən Mərdan Qədimov polis əməkdaşları tərəfindən saxlanılıb. "Ölkə.Az"

Bakucity.az

bıçaqlama
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər