Bakıda "103” çağırış xidməti nə dərəcədə funksionaldır? – AÇIQLAMA - bakucity.az

Bakıda "103” çağırış xidməti nə dərəcədə funksionaldır? – AÇIQLAMA

Təcili yardım maşınları hadisə yerinə niyə gecikir?

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası mütəmadi olaraq sakinlərin tənqidlərinə tuş gəlir. Hətta gecikmə səbəbindən həkimlərin döyülməsi halları da yaşanmışdı. Bakucity.az mövzunun aktuallığını nəzərə alaraq “BŞT və TTYS”ın mövqeyini öyrənib. Sakinlərin iradları haqlıdırmı? Təcili yardım maşınları həqiqətən də vaxtında ünvanlara çata bilmirmi? Fasiləsiz fəalliyəti nəzərdə tutulan "103” çağırış xidmətində zənglərə vaxtında cavab verilirmi? Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının işini yaxşılaşdırmaq üçün hansı tədbirlər görülməlidir? Bu və digər sualları stansiyanın baş həkimi Rauf Nağıyev cavablandırıb. Materialı oxuculara təqdim edirik.

Rauf Nağıyev: “BŞT və TTYS-a edilən haqsız iradların əksəriyyəti təxirəsalnmaz çağırışların tez icrası tələbindən irəli gəlir”

Saytımıza açıqlama verən Rauf Nağıyev qeyd edib ki, “BŞT və TTYS”ın 103 xidmətinə gündəlik daxil olan çağırışların sayı 2000 – 2400 arasında dəyişir, bayram və istirahət günləri isə daha da artıq olur:

“BŞTTTYS-nın  103 xidmətinə daxil olan bütün çağırışlar ilk növbədə icra edilməsi daha vacib olması şərti ilə çeşidlənərək bölmələrin həkimlərinə ötürülür və ardıcıllıqla icra edilir.  Təcili tibbi yardım işçiləri daima sıx çalışırlar, amma “103” xidmətinə daxil olan çağırışların böyük əksəriyyəti təcili tibbi yardıma aid olmur. Müraciətlər isə təcili və təxirəsalınmaz olmaqla 2 yerə bölünür. Təcili çağırışlar 15 dəqiqə ərzində, təxirəsalınmazlar isə 1 saata icra olunur”.

R. Nağıyev qeyd edir ki, iradların əksəriyyəti təxirəsalnmaz çağırışların tez icrası tələbi ilə edilir. Bu səbəblə olan müraciətlər isə təcili yardıma deyil, poliklinikalara edilməlidir. O ki, qaldı təcili yardım maşınlarının vaxtında ünvanlara çata bilməməsinə, Nağıyev deyir çağırışın icra edilməsi üçün bölmələrdən ünvana yollanan təcili yardımın sanitar avtomobilləri yollarda tıxac olmadığı halda və çağırış ünvanı düzgün verildikdə gecikmədən hadisə yerinə çatır. 

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarında intizama necə diqqət yetirilir? – sualına cavab olaraq, həkim qeyd edir ki, təcili yardımın bütün sanitar avtomobillərində CPS quraşdırıldığından sanitar avtomobilin bölmədən çıxdığı vaxt qeydə alınır, hərəkət marşrutu və ünvana çatma vaxtı “103” xidməti tərəfindən izlənilir. Həmçinin bütün bölmələrdə və filiallarda video-nəzarət kameraları quraşdırıldığından işçilərin fəaliyyəti daima rəhbərlik və mərkəzləşdirilmiş dispetçer xidməti tərəfindən nəzarətdə saxlanılır.

Bakı şəhərində hər rayonda yetəri qədər təcili yardım maşını varmı?

Nağıyev Bakı şəhərində qeydiyyatda olan əhalinin sayı ilə Təcili yardım briqadalarının sayı arasında kifayət qədər böyük fərqin olduğunu da nəzərə çatdırıb:

“Şəhər qeydiyyatında olanların sayı rəsmi rəqəmlərdə 2262560 nəfərdir, amma  qeydiyyatda olmayan əhalinin sayı dəfələrlə artıqdır. Təcili yardım briqadalarının sayı isə rəsmi rəqəmlərdə qeyd edilən əhalinin sayına müvafiq hesablanıb. Şəhərdə müvəqqəti yaşayan rayon əhalisi üçün ayrılmış təcili yardım briqadaları isə  həmin rayonlarda fəaliyyət göstərir. 

"103” çağırış xidmətində zənglərə vaxtında cavab verilirmi məsələsinə gəlincə, - baş həkim davam edir: çağırışı verən şəxslər təcili yardım briqadasının nə vaxt gələcəyini öyrənmək üçün “103” xidmətinə təkrar zənglər edirlər, həmçinin təcili yardıma aid olmayan əsassız müraciətlər edirlər ki, bu da telefon xəttinin yüklənməsinə səbəb olur”. 

Baş həkimin dediyinə görə, 2007-i ildən başlayaraq təcili tibbi yardım sistemində  müsbət tərəfə böyük dəyişikliklər olub:

“Təcili yardım yeni sanitar avtomobillərlə, tibbi avadanlıq və ləvazimatlarla təmin edilib. Əməkdaşlarımız Beynəlxalq əhəmiyyətli dövlət və idman tədbirlərində zəruri hallarda tədbir iştirakçıları və paytaxta gələn qonaqlara ilkin tibbi yardım göstərməklə yaxından iştirak ediblər. Fəlakətlər  və  kütləvi  hadisələr  zamanı  zərərçəkənlərə  təcili və keyfiyyətli tibbi yardım  göstərilməsi  məqsədilə (TRİAJ-əsasında)  vaxtaşırı FHN ilə  birgə təlimlər keçirilir. Bundan əlavə, təcili yardıma edilən müraciətlərin yarıdan çoxu təcili tibbi yardıma aid olmadığından əhali arasında maarifləndirmə işi aparmaq və xroniki xəstələrin poliklinikalara müraciət etməli olduqlarını onlara başa salmaq istiqamətində işlər də görüləcək”, deyə Rauf Nağıyev  fikrini tamamlayıb.

“BŞT və TTYS”nın kollektivi 2019-cu ildə də var qüvvəsi ilə tibb sahəsində olan yeniliklərdən istifadə etməklə əhalinin sağlamlığı keşiyində durmağa çalışacaq deyən R. Nağıyev hesab edir ki, təcili yardıma aid olmayan çağırışların araşdırılmalı və  bu çağırışları verən şəxslər barəsində müvafiq tədbirlər görülməlidir.

Ramilə Qardaşxanqızı

Bakucity.az

təcili yardım
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
16 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Tamara Qverdtsiteli "Jara-2019" beynəlxalq musiqi festivalında çıxış edəcək Bakucity.az xəbər verir ki, Gürcüstanın və Rusiyanın xalq artisti Tamara Qverdtsiteli paytaxtda sevilən mahnılarını səsləndirəcək.  Bu barədə "Jara-2019"-un rəsmi "İnstagram" səhifəsində məlumat verilib: "Gürcüstanlı sənətçi Tamara Qverdtsiteli kimi iştirakçılar hər hansı bir tədbirin statusunu müəyyənləşdirirlər.  Gerçək bir pop əfsanəsi, təəccüblü timbre və sadiq bir qadın - 26 ...
Hadisələr
Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakimlər kollegiyasının hökmünə əsasən, İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon, Boradigah kənd sakini, 57 yaşlı...
Hadisələr
Türkiyənin şirkətinə məxsus avtobusada yanğın baş verib Bakucity.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Padar Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu "Mercedes" markalı avtobusla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən avtobusda yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Avtobus Bakıdan İstanbula gedirmiş. (Baku.ws) Bakucity....
Hadisələr
Paytaxtda ticarət mərkəzindən oğurluq olub Bakucity.az xəbər verir ki, nəticəsində bu il aprelin 1-dən mayın 17-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 5580 manat oğurlanıb.  Qaradağ polisinin keçirdiyi əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən, orada satıcı işləmiş Abşeron rayon sakini C.Şükürov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.  Bakucity.az
Ekologiya
Paytaxtda iyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti...
Mədəniyyət
Məşhur sənətçi "Jara-2019" beynəlxalq musiqi festivalına hazırlaşır Bakucity.az  xəbər verir ki, rusiyalı müğənni, şair və bəstəkar Leonid Aqutin iyulun 25-28-də Bakıda keçiriləcək "Jara-2019"-da çıxış edəcək.  Leonid Aqutin "Moskva-Bakı" protalına müsahibəsində bunları deyib: "Bakıya gedən qatar - bu, hər zaman bir hədiyyədir! Bakıya gəlməkdən zövq alıram. Mən həmişə Bakıda özümü yaxşı hiss edirəm. Hər zaman Azərbaycanın paytaxtının inkişafından danışıram...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib Bakucity.az xəbər verir ki, DİN-nin müraciətində qeyd edilib ki, vətəndaşlar müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat verməlidir. Qeyd edək ki, Bakıda kirayə qalanların sayı üstünlük təşkil edir. Bu baxımdan paytaxtda kirayədə qalanlar gəldikləri ünvanda 60 gündən az yaşayacaqlarsa 24 saat ərzində, 60 gündən çox yaşayacaqlarsa 7 gün ərzində müraciət edib qeydiyya...
Hadisələr
Bu barədə hadisə şahidləri bildiriblər Bakucity.az xəbər verir ki, sözügedən şəxs Xətai rayonunun Xuda Məmmədov küçəsi 25 ünvanında, “Modern” idman əyləncə mərkəzinin yaxınlığında təhlükəsizlik kamerasına düşüb.  Görüntülərdə orta yaşlı kişi zivələrdən qadın alt paltarlarını oğurlayır. Kişi ipdən asılan paltarların heç birinə dəymir. Yalnız qadın alt paltarlarını götürür. Vətəndaşlar həmin şəxs barədə Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə də m...
Hadisələr
Paytaxtda döyülmə hadisəsi baş verib Bakucity.az xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi M.Ziya küçəsində yaşayan 1955-ci il təvəllüdlü Salayeva Səmayə Həbibulla qızı kürəkəni tərəfindən döyülüb.  Yaralı xəstəxanaya çatdırılıb. Ona təpə-ənsə nahiyəsinin əzilmiş-kəsilmiş diaqnozu qoyulub. Faktla bağlı polis araşdırma aparır. (Bakupost.az) Bakucity.az