Bakıda “Pablo Eskobar” ləqəbli narkobaron tutuldu

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat evrilib

Bakucity.az xəbər verir ki, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı paytaxt sakini Kənan Cavadov rayon ərazisində bir neçə mənzildən məişət, elektronika, qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları Xətai rayon ərazisində yaşayan Elxan adlı şəxsə verərək əvəzində şəxsi istifadə üçün ondan narkotik vasiitələr aldığını bildirib.

İdarə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə K.Cavadova narkotik vasitələri satan paytaxt sakinin əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 510 qram narkotik vasitə olan heroin, 6 kiloqram 50 qram qurudulmuş marixuana, 1,590 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, həmçinin K.Cavadovun müxtəlif mənzillərdən oğurlayaq ona verdiyi əşyaları aşkar edilərək götürülüb.

E.Məmmədovun yaşadığı evdə həmçinin narkotik vasitələrin qəbulu üçün ayrılmış xüsusi otaq da müəyyən edilib. Həmin otaqda o, narkotik vasitələri satdığı şəxlərə elə orada narkotikləri qəbul etmək üçün şərait yaradıb. E.Məmmədov saxlanılan zaman onun evində narkotik vasitə qəbul edən daha 4 nəfər - paytaxt sakinləri Elşad Seyidov, Vaqif Məmmədov, Samir Qurbanov və Yalçın Hüseynov da tutulublar. Onların üzərlərinə baxış zamanı şəxsi istifadələri üçün E.Məmmədovdan aldıqları heroin və metamfetamin aşkar edilərək götürülüb.

Polis əməkdaşları E.Məmmədovdan aşkar edilən narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirərək ona bu maddələri satan paytaxt sakini Məhəmməd Məmmədzadəni də saxlayıblar. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.

İstintaq zamanı müəyyən edilib ki, E.Məmmədovla M.Məmmədzadəni Salyan rayon sakini Vadim Kazımov tanış edib. Daha sonra M.Məmmədzadə narkotik vasitələri V.Kazımov vasitəsilə E.Məmmədova verərək satışını təşkil edib. Əməliyyat zamanı V.Kazımov da müəyyən edilərək saxlanılıb.

Narkotik vasitələrin satışını təşkil edən M.Məmmədzadə özünə ötən əsrin 80-ci illərində dünyanın ən təhlükəli narkobaronlarından biri olmuş Pablo Eskobarı nümunə götürərək hətta sinəsinə belə onun adını döymə ilə yazdırıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. "İnter.az"

Bakucity.az

narkobaron
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
83 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Mülayim külək əsəcək Bakıda istirahət günləri üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda bəzi yerlərdə yağış yağacağı, noyabrın 16-da günün ikinci yarısında, 17-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 11-14 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
"Sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb" “Azəriqaz” İstehsalat Birliyi (İB) bu gün bir sıra KİV-lərdə “smart-kart” tipli sayğaclardan imtina edilməsi və ümumiyyətlə, bundan sonra bu nəsil sayğacların quraşdırılmayacağı barədə yayılan məlumatlara münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, İB bəyan edib ki, yazılan məlumatlar həqiqətə uyğun deyil və belə bir qərar qəbul olunmayıb: “Əslində Birlik maliyyə imkanlarını nəzərə...
İdman
Turistlər üçün ətraflı informasiya yerləşdirilib Avro-2020-nin 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsinin 1 qarşılaşmasının Bakıda keçirilməsi əlaqədar yeni sayt istifadəyə verilib. BakuCity.az AFFA-ya istinadən məlumat verir ki, informativ xarakterli https://euro2020.affa.az/ ünvanındakı saytda azarkeşləri maraqlandıra biləcək xüsusi bölmələr üzrə məlumatlar yerləşdirilib. Azərbaycan və ingilis dilində fəaliyyət göstərən sayta daxil olanlar Avro-2020 i...
İdman
Beyl və Remzi də məşqlərdə iştirak edir Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Uels millisi Bakıdadır.  BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, Böyük Britaniya təmsilçisi millimizdən fərqli olaraq, Avro-2020-yə çıxmaq şansını qoruyub saxlayır.  Bu səbəbdən hazırda qrupda səkkiz xalla dördüncü sırada olan Uels millisi Bakıdakı görüşdə üç xalı hədəfləyib. Əgər bu oyunda büdrəsələr, onlar ardıcıl ikinci dəfə qitə çempionatında iştirak hüququnu itir...
Mədəniyyət
Film tamaşaçılar tərəfindən maraqla izlənilib “28 Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” Premium-klass kinoteatrında real hadisələrə əsaslanan “Ford Ferrariyə qarşı” filmi premyerada öncə nümayişi olunub. Bakucity.az xəbər verir ki, dadlı furşet içkilərin yer aldığı tədbirin yadda qalan hissəsi kinoteatrın filmin mövzusuna uyğun dekorasiya ilə əhatələnməsi, ölkənin ilk konseptual kaver qrupu “Harmony Music Band”in şousu olub. Filmin rejissoru Ceyms...
Cəmiyyət
Milli Qəhrəman Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Ko...
Cəmiyyət
İtkin düşmüş şəxsin yaxınları polisə müraciət ediblər Bakı metrosunda sıxlıq zamanı itkin düşən 16 yaşlı gənci polis axtatır. Bu barədə BakuCity.az-a Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsindən bildiriblər. Hadisə noyabrın 12-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamə...
Cəmiyyət
Paytaxtın ən yaxşı boulinq klubları Boulinq dünyada ən populyar əyləncələrdən biridir. Bu oyun həm dostlarla birgə, həm də ailəvi istirahət üçün əla seçimdir. BakuCity.az paytaxtın ən populyar boulinq klublarının siyahısını təqdim edir.  X Strike – Bakı Əyləncə Mərkəzində (BƏM) yerləşir. Sahəsi 1000 kv.m olan boulinq salonu 12 cığırdan ibarətdir. Burada həm yeni başlayanlar, həm də təcrübəlilər üçün oynamaq olduqca rahatdır. Bundan əlavə, X Strike-də rəqib...
Cəmiyyət
"Milli qəhrəmanlardan ən böyük seçim Mübariz İbrahimovdadır" "Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Ulduz" stansiyasının "Böyükşor"la əvəz olunması planlaşdırılır. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif olunub.   İki metro stansiyanın adının dəyişdirilməsi zamanı ictimaiyyət nümayəndələrinin fikrinin nə...