Bakının mərkəzi küçəsində nəqliyyatın hərəkəti dəyişdi

Bakının mərkəzi küçəsində hərəkət üzrə dəyişiklik edilib

Bakucity.az xəbər verir ki, paytaxtın "Azneft" dairəsi kimi tanınan ərazisi "Formula 1" Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar beton maneələr düzüldüyü üçün bağlanıb.

Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

İdarə rəisi bu istiqamətdə hərəkət edən sürücülərə müraciət edərək bildirib ki, tıxacla qarşılaşmamaq üçün alternativ yollardan istifadə etsinlər.

"Yaxşı olar ki, sürücülər Bayıl qəsəbəsi daxilindəki yollardan keçməklə Mikayıl Hüseynov, Teymur Elçin, Lermontov və həmin ərazi üzrə digər küçələrdən istifadə etsinlər. Eyni zamanda cənubdan gələn sürücülər isə Bakı - Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla paytaxta daxil ola bilərlər. Burada Yasamal rayonu ərazisi, Ziya Bünyadov və ərazilər üzrə hərəkət edə bilərlər. Cənub istiqamətində mərkəzdən hərəkət edən sürücülər də yaxşı olar ki, Cavanşir körpüsünə çatmamış Yusif Səfərov küçəsi ilə hərəkət edərək metronun Gənclik və ya Nərimov stansiyaları istiqamətində hərəkət etməyə üstünlük versinlər." "İnter.az"

Bakucity.az

azneft
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
3 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
6 milyon manat ayrıldı Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BakuCity.az xəbər verr ki, sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 2019...
Hadisələr
Qəflətən alışma olub Bakıda gəlin maşını yanıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə aeroport yolunda qeydə alınıb. Hadisə zamanı toy üçün bəzədilmiş gəlin maşını qəfildən alışaraq yanıb. BakuCity.az
Cəmiyyət
Növbə Nizami, Yasamal və Nəsimi rayonlarınındır Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər Artıq 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir. Bakı...
Cəmiyyət
"Sizi ayın 15-dək köçürdəcəyəm" Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şüvəlanda 20 ailənin məskunlaşdığı, yaşamaq üçün tamamilə yararsız binanın sakinləri qəbul edilib, onların vəziyyəti ilə maraqlanıblar. BakuCity.az-ın Baku TV-yə istinadən verdiyi məlumata görə, görüşdən sonra qurum təcilli olaraq sakinlərin yeni yaşayış evləri ilə təmin olunması barədə qərar qəbul edib. Sakinlər komitənin sədri Rövşən Rzayevin şəxsən bu ünvan...
Mədəniyyət
Festivalda nüfuzlu beynəlxalq rəqqaslar iştirak edəcəklər Argentinanın Azərbaycandakı Səfirliyi və “United Cultures”-in təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 Noyabr – 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır. Bakucity.az xəbər verir ki, festivalda nüfuzlu beynəlxalq rəqqaslar iştirak edəcəklər. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Piyacco və Maksim Gerasi...
Cəmiyyət
Bakının mərkəzindəki mənzərəli göl və hündür şam ağacları BakuCity.az saytı oxucularını Bakının ən məşhur parkları ilə tanış etməyə davam edir. Bu dəfə oxucular səs-küylü meqapolisin mərkəzində, Dədə Qorqud parkında - təbiətin kiçik bir guşəsində gəzintiyə çıxacaqlar. Parkın yaranma tarixi Nərimanov rayonunda yeni parkının yaradılması ilə əlaqədar tikinti işlərinə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, x...
Cəmiyyət
"Şəkil çəkmədiyiniz üçün təşəkkür edirik" “Araz” supermarketlər şəbəkəsi mağaza daxilində şəkil çəkməyə qoyulan qadağa məsələsinə rəsmi münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, şəbəkənin Marketinq departamenti PR və Daxili kommunikasiya bölməsinin müdiri Billurə Əmirova Oxu.az-a açıqlamasında bildirib ki, şəkil çəkmə ilə bağlı məhdudiyyət təkcə “Araz” supermarketlər şəbəkəsində yox, dünyanın bütün iri şəbəkə marketlərində var: “Bizdə də təbii ki...
İdman
Masazırda məşq edəcəklər Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb. BakuCity.az Apasport.az-a istinadən məlumat verir ki, yeni klub "Xocalı" adlanacaq. Bununla bağlı klubun, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri və futbol mütəxəssisləri birgə "Ana harayı" abidəsini ziyarət ediblər. “Xocalı”nın təsisçisi İlkin Hacıyev bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: "Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına təkan verm...
Hadisələr
15-16 yaşları var Bakının iki rayonunda yeniyetmələr itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami və Sabunçu rayonlarında qeydə alınıb. Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vahid Kərimov evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər yeniyetmə isə Nizami rayonu, B.Nuriyev küçəsində itkin düşüb. Qeyd edilən ünvanda yaşayan 2004-cü il təvəllüdlü Ravil Pənahov evdən çıxaraq naməlum istiqamətdə...