Bakıda 2 dairədə nəqliyyat şəraiti yaxşılaşdırılır

Bu barədə BNA-dan məlumat verilib

Bakucity.az xəbər verir ki, paytaxtın yol infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində 4-cü mikrorayon və Biləcəri dairələri kimi tanınan ərazilərdə işlərə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən məlumata görə, görüləcək işlər hər 2 dairədə nəqliyyat şəraitinin yaxşılaşdırılmasına, mütəmadi olaraq müşahidə edilən tıxac və sıxlıq hallarının minimuma endirilməsinə, konflikt nöqtələrinin aradan qaldırılması ilə yol hərəkətinin təşkilində ən vacib məsələlərdən biri olan piyada təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaqdır.

4-cü mkr. dairəsində hərəkətin səmərəliliyinin artırılması məqsədilə mövcud dairənin həndəsi ölçüləri dəyişdirilir. Cavadxan (Memar Əcəmi metrostansiyası istiqamətindən) və 20 Yanvar küçələrindən dairəyə daxil olan və geriyə dönmə hərəkətini yerinə yetirmək istəyən nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təşkil edilməsi məqsədilə dairədə geriyə dönmə yerinin təşkili planlaşdırılır.

Hüseyn Seyidzadə küçəsi və Mir Cəlal küçəsi vasitəsilə dairəyə doğru hərəkət edib, Z.Bünyadov prospekti istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələrinin isə dairəyə daxil olmadan düzünə hərəkəti təşkil ediləcək. Cavadxan və Hüseyn Seyidzadə küçəsinin kəsişməsində hərəkətin kanallaşdırılması məqsədilə ayırıcı adacıq inşa olunacaq. Hüseyn Seyidzadə küçəsi vasitəsilə (Eldar Babayev küçəsi istiqamətindən) dairə istiqamətində hərəkət edib sağa, Cavadxan küçəsinə yönəlmək istəyən nəqliyyat vasitələri üçün isə əlavə zolaq yaradılacaq.

Biləcəri dairəsi adlanan ərazidə də dairənin həndəsi ölçüləri dəyişdirilir. Həmçinin, nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılır, mövcud avtobus dayanacaq məntəqələrinin yerləri dəyişdirilir. Həm dairənin, həm də Natavan və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkət svetoforlarla tənzimlənəcək. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədilə nizamlanan piyada keçidlərinin təşkili nəzərdə tutulub. "Trend"

Bakucity.az

BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Olimpiada bu il 4-11 avqust tarixlərində baş tutacaq.  Bakucity.az xəbər verir ki, 30-cu Beynəlxalq İnformatika Olimpiadasına (İOİ-2019) hazırlıq işləri çərçivəsində ADA Universitetində müxtəlif tədbir və görüşlər təşkil edilir. Proqram çərçivəsində Beynəlxalq İnformatika Olimpiadasının ölkəmizdən olan medalçıları ilə görüş keçirilib. İlk görüş 1996-cı ildə Macarıstanda keçirilən 8-ci Beynəlxalq İnformatika Olimpiadasının bürünc medalçısı Elnur Seyidli ilə...
Cəmiyyət
Sabunçu rayonunda genişmiqyaslı təmir-tikinti işləri aparılır. Bakucity.az  xəbər verir ki, Bakıxanov qəsəbəsi General Səmədbəy Mehmandarov prospekti üzrə mərkəzi yol yenidən qurulur. Ramana qəsəbəsinin Elşən Məhərrəmli küçəsinin 27 min kv.m sahəsində təmir-bərpa işləri görülür. “Savalan” yaşayış massivinin də yollarının vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün burda da təxirəsalınmaz tədbirlərə start verilib....
Cəmiyyət
Əlində əlavə barmaq olan uşaq əməliyyat olunub.  Bakucity.az xəbər verir ki, əməliyyat Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında baş tutub.  Polidaktiliya xəstəliyindən əziyyət çəkən 6 aylıq körpənin əlindəki əlavə barmaq əməliyyatla götürülüb. Bunu da oxu: Bakı sakinlərinə pulsuz parklanma talonu veriləcək Əməliyyatı aparan uşaq cərrahı Vüqar Məhəmmədovun sözlərinə görə, polidaktiliya nadir xəstəlik deyil: “Polidaktiliya əlavə b...
Kriminal
Paytaxtın Xəzər rayonunda ailə dramı yaşanıb. Bakucity.az xəbər verir ki, aprelin 23-də saat 11:25 radələrində Mərdəkan qəsəbəsində 37 yaşlı Dədəcanov Natiq İlham oğlu münaqişə zəminində həyat yoldaşı Dədəcanova Vüsalə Tofiq qızına iki bıçaq zərbəsi vurub. Nəticədə qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. Bunu da oxu: Bakıda 73 yaşlı qadın sifarişlə öldürülüb - FOTO Hadisədən sonra Natiq Dədəcanov...
Biznes
Startap layihələri investorlara təqdim edilib. Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycanın mövcud sərmayə imkanları startap layihələri ilə investorlara nümayiş etdirilib.  Tədbir kapitalın artırılması və böyük investorlar, biznes liderləri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar əlaqələr yaratmaq arzusunda ola...
Mədəniyyət
"Multizavrlar" tamaşası böyük maraq və izdihamla qarşılanıb. Bakucity.az xəbər verir ki, aprelin 20-də Akademik Milli Dram Teatrında "MGM Production" şirkətinin təşkilatçılığı ilə baş tutan  tamaşa uşaqları və hətta valideynləri də çox təəccübləndirib və xeyli əyləndirib.  Moskvanın "МУЛЬТИЗАВРЫ. ТАИНСТВЕННЫЙ ОСТРОВ" adlı lisenziyalı multimediyalı tamaşasında bütün qonaqlara xüsusi interaktiv qolbaqlar paylanılıb. Uşaqlar və valideynlər tamaşa boyu bir-bir...
Ekologiya
Sabaha paytaxta gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Bunu da oxu: Bakıda havanın qeyri-sabit keçmə...
Hadisələr
Paytaxta yol-nəqliyyat hadisəsi baş verib.  Bakucity.az  xəbər verir ki, səhər saatlarında Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində “KİA” markalı avtomobil aşıb.  Hadisəyə sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.  Bunu da oxu: Bakıda nişanlı qız intihar edib Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.  (Oxu.az) Bakucity.az
Mədəniyyət
Sem Smiti əvəz edəcək sənətçi müəyyənləşib. Bakucity.az xəbər verir ki, “Formula-1” Qran-Prisi çərçivəsində planlaşdırılan konserti ləğv olunan müğənni Sem Smitin əvəzində Bakıya əslən britaniyalı olan Cessi Cey gələcək.  Bu barədə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bildirib. “Aldığımız məlumata görə, Sem Smitin səsində ciddi problemlər yaranıb. Sem Bakıdan öncə verməli olduğu daha iki konsertini ləğv edib. On...