Bakıda "şəxsi" piyada keçidi var - VİDEO

 Bakıda "şəxsi" piyada keçidi var - VİDEO

"Sədərək" Ticarət Mərkəzinə dönən yolda "şəxsi" piyada keçidi var

Bakucity.az xəbər verir ki, Bakı-Qazax yolunda, "Sədərək" Ticarət Mərkəzinə dönən yolda "şəxsi" piyada keçidi var.

Belə ki, böyük istirahət mərkəzinin ərazisində olan keçiddən ancaq həmin istirahət mərkəzində istirahət edənlər keçə bilər. Ərazidə başqa piyada keçidi yoxdur. Amma mərkəzin sahibi keçiddən başqa sakinlərin istifadəsinə icazə vermir. Hətta keçidin üstündə mühafizəçi də dayanıb.

Qeyd edək ki, bir neçə il əvvəl eyni qaydada bir istirahət mərkəzinin ərazisində olan keçid var idi və həmin keçiddən də digər sakinlərin istifadəsinə icazə verilmirdi. Bir müddət sonra ərazidə qəza baş verdi. Sonradan keçid ləğv olundu. "Avtosfer.az"

Bakucity.az

keçid
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər