Bakıda internatda uşaqların döyüldüyünü deyən müəllim nazirliyə çağırıldı

Bakıda internatda uşaqların döyüldüyünü deyən müəllim nazirliyə çağırıldı

Leyla Ucal nazirliyə dəvət olunub

Bakucity.az xəbər verir ki, ötən gün “Facebook” sosial şəbəkəsində Leyla Ucal adlı kimya müəllimi Mərdəkanda yerləşən 2 saylı internat məktəbində 2017-ci ildə 2 həftə dərs dediyini və bu müddət ərzində uşaqların döyüldüyünü, dərs vəsaitlərinin olmadığını, ərzaq məhsullarının direktor tərəfindən satışa çıxarıldığını qeyd edib. 

Təhsil Nazirliyindən bildirilib ki, 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı qeyd etdiyi fikirlərə aydınlıq gətirmək məqsədilə Leyla Ucal nazirliyə dəvət olunub:

“Həmin xanım Təhsil Nazirliyinə dəvət edilib. Qeyd olunan məsələnin təfərrüatı bu gün onun iştirakı ilə müzakirə ediləcək. 

Məlumat üçün bildirək ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib”.

Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. "Oxu.az"

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər