Miri Yusif Bakıda keçirəcəyi 3 günlük konsertindən danışdı - FOTO/VİDEO

Miri Yusif üç günlük solo konsert keçirəcək

Bakucity.az xəbər verir ki, populyar müğənni, Azərbaycanın Əməkdar artisti Miri Yusif öz pərəstişkarları üçün üçgünlük solo konsert  hazırlayır.

Belə ki, müğənni iyunun 7-də, 8-də və 9-da “Yaşıl teatr”ın səhnəsində öz pərəstişkarları ilə görüşəcək.

Bu gün isə “SS-production” şirkətinin "Instagram" səhifəsində çox maraqlı bir video yerləşdirilib.

Belə ki, Miri Yusif öz yaradıcılığının mühüm tərkib hissələri barədə danışıb, onun nəzərində tamaşaçı, yaradıcılıq, mahnı və üç günlük solo konsertin əhəmiyyəti barədə suallara cavab verir. 

Artist qarşıdakı şouya hazırlıq prosesi barədə fikirlərini öz "Instagram" bloqunda paylaşıb. Məlum olur ki, Miri Yusif konsertə gələnləri yeni mahnılarla da sevindirmək istəyir. Artist bütün tamaşaçıların çoxdan xoşladığı hitlərlə yanaşı, həm də yeni mahnılar ifa edəcək. Belə mahnılardan birini olan “RUZİGAR”ı müğənni yaxın vaxtlarda öz "YouTube" kanalında təqdim edib. 

Qeyd edək ki, artistin yeni konsert proqramı onun pərəstişkarları üçün əsil hədiyyə olacaq. Miri Yusif bu konsertin pleylistini öz fanatları ilə birgə formalaşdırır. Onlar artistin Instagram bloqunda və sosial şəbəkələrdəki rəsmi səhifələrində öz arzularını birdirirlər. Beləliklə, heç kəs inciməyəcək – hər kəs Miri Yusifin ifasında öz sevimli mahnısını dinləyəcək. 

Bakucity.az

konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Analitika
Keyfiyyət və rəng seçimi çox önəmldir. Mebel almaq sadəcə xərcli deyil, həm də mürəkkəb işdir, xüsusilə də uşaq mebelinin seçimində. Bu zaman keyfiyyət, praktiklik və çoxfunkusiyalılıq kimi xüsusi yanaşma tələb olunur.  Bakucity.az mağazalarda təklif olunan uşaq mebellərini seçərkən nələrə üstünlük verilməsini araşdırıb.  Hansı rənglərə üstünlük verək? Əvvəlcə uşaq otağının tərtibatında materialların seçimi və interyerin bəzi tendensiyalarını araşdırmağı q...
Cəmiyyət
Bir zamanlar qarşısında bilet almaq üçün növbə olardı. Bakucity.az xəbər verir ki, Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən “Bakı” kinoteatrı hazırda daha çox çayxana kimi tanınır. Çünki orada çayxana açılıb. Bunu da oxu: Bakıda kinoteatrın yerində müasir ticarət mərkəzi tikiləcək Kinoteatrın arxa girəcəyində yeni çayxana tikilir. Bu səbəbdən də, hazırda içəriyə giriş bağlıdır. 450 nəfər tamaşaçı tutan salonda köhnə oturacaqlar yerin...
Cəmiyyət
Tələbələrə bu gün dərsə gəlməmək tapşırılıb. Bakucity.az  xəbər verir ki, bəzi ali məktəblərin əsas korpuslarında dərslərin dayandırılması “Formula-1” SOCAR Azərbaycan Qran-prisinin başlaması ilə bağlıdır. Bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC və Qərbi Kaspi Universitetidir. Bunu da oxu: Bakıda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək Adıçəkilən universitetlərin əsas korpusları “Formula-1” yarışının keçirildiyi əraziyə düşür. Universit...
Mədəniyyət
Tədbir Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq. Bakucity.az xəbər verir ki, konsert proqramı və musiqili atəşfəşanlıq ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyinə həsr edilib.  Konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-BROTHER-S” DJ layihəsi çıxış edəcək. Konsertin sonunda Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərini...
İdman
Dünya Kubokuna bu gün start veriləcək. Bakucity.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa 39 ölkədən 200-dən çox idmançı qatılıb. Turnir üç gün davam edəcək və 25 qrup komandası və 70-dən çox fərdi gimnast yarışacaq. Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici mərhələdə qaliblər müəyyən...
Hadisələr
Sabunçu rayonunda 15 yaşlı qızdan 1 həftədir xəbər yoxdur. Bakucity.az xəbər verir ki, sözügedən şəxs Ramana qəsəbəsində yaşayan, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızıdır. O, aprelin 18-i yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bunu da oxu: Bakıda baş verən dəhşətli yol qəzaları - VİDEO Sabunçu RPİ-nin əməkdaşları tərəfindən axtarış aparılır. (Ona.az) Bakucity.az
İdman
“Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin ilk yarış günüdür. Bakucity.az xəbər verir ki, uzunluğu altı kilometrdən bir qədər çox olan Bakı trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq.  Bakı Şəhər Halqasında “Formula-2” bolidlərinin sərbəst yürüşü, həmçinin, F2 pilotlarının sıralama yarışı keçiriləcək. Bunu da oxu: “Formula-1” zamanı tamaşaçıları nələr gözləyir? Bakı trekində “Formula-1” bolidlərinin birinci və ikinci sərbəst yürüşləri...
Hadisələr
Paytaxta baş verən dəhşətli yol qəzalarının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdə yol hərəkət qaydalarını pozan sürücülər və piyadaların dəhşəti qəzaya səbəb olduğu əks olunur.  DİN vətəndaşlara müraciətdə bildirir ki, yol hərəkəti qaydalarına riayət edin: "Özünüzün və başqalarının həyatını təhlükəyə atmayın" Bakucity.az
İdman
Həftəsonu bir-birindən əyləncəli tədbirlər olacaq. Bakucity.az xəbər verir ki, bu həftəsonu baş tutacaq yarış çərçivəsində dənizkənarı bulvar ərazisində yerləşən Əyləncə Zonasında biletli tamaşaçılara bir-birindən maraqlı əyləncə tədbirləri təqdim olunacaq. Bu gündən etibarən Əyləncə Zonasının qapıları tamaşaçıların üzünə açıqdır və əyləncə proqramı saat 21:00-dək davam edəcək. Həftənin digər günlərində - 26, 27 və 28 aprel tarixlərində isə bu zona saat 10...