Bakı Limanında I rübdə konteyner aşırılması 55% artdı

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2019-cu ilin I rübünü uğurla başa vurub

Bakucity.az xəbər verir ki, yükaşırma göstəricilərinin əksəriyyətində artım tendensiyası qeydə alınıv və ümumi yükaşırmanın həcmi 1 035,6 min tondan çox olub. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1%-i tranzit yüklərin payına düşüb.

Xüsusilə, konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb.

Bakı Limanında 2019-cu ilin yanvar-mart ayları ərzində 7 253 ədəd konteyner (TEU ekvivalentində) aşırılmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 55,2% artım deməkdir.

Qeyd olunan dövrdə, Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12,6% artım) ədədə çatıb. Bunlardan 6 446 vaqon (46,8%) Bakı-Kurık-Bakı istiqamətində, 7 342 (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

Cari ilin yanvar-mart ayları ərzində iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 6 543 (keçən ilin müvafiq dövrünə nisbətən 43,5% artım) ədəd olub. Belə ki, bunlardan 5 180 ədədi (79,2%) Bakı-Türkmənbaşı-Bakı, 1 363 ədədi isə (20,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Hər iki istiqamətdə sərnişin daşınmasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,5% artım qeydə alınaraq 8 813 nəfər olub. "Report"

Bakucity.az

dəniz ticarət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Bu dəfə azı 3 dəfə çox qonaq gələcək Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə "Avro-2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbir keçirilib. BakuCity.az xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu il Bakıya Türkiyə kimi böyük azarkeş kütləsinə malik yığma ilə birgə çılğınlığı ilə tanınan Uels və çoxlu sayda İsveçrə fanatının gələcəyini xatırladıb. O, Dənizkənarı P...
Cəmiyyət
Sevimli əşyasına qovuşdu Ötən gün Bakıda məktəbli 3 nömrəli müntəzəm marşrut xətt avtobusunda noutbukunu unudub. BakuCity.az xəbər verir ki, "BakuBus" avtobusunun sürücüsü Qafar Amanov noutbuku götürərək gün boyu məktəblini soraqlayıb. Sonda məktəbli tapılıb və sevimli əşyasına qovuşub. BakuCity.az
Cəmiyyət
Şikayətlərin sayı 46,4 faiz artıb "Vətəndaşların ərizələri, əsasən, onların düşdükləri müəyyən çətinliklərin, o cümlədən mənzil-məişət, təhsil, sağlamlıq problemlərinin həlli barədə xahişlərdən ibarət olursa, şikayətləri bilavasitə pozulan hüquqlarının müdafiəsi və bərpası, qanuni tələblərinin yerinə yetirilməsinə törədilən əngəllərin aradan qaldırılması, vəzifəli şəxslərin qanunazidd hərəkətlərinə qarşı müvafiq tədbirlər görülməsi barədə olur". BakuCity.a...
Cəmiyyət
Çinin Huancou şəhərində təhsil alırlar Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya daha 2 nəfər yerləşdirilib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən BakuCity.az-a daxil olan məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə...
Cəmiyyət
Polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər az deyil "Azərbaycanın sabitlik və əmin-amanlıq məkanına çevrilməsində, vətəndaşlarımızın asudə yaşamasında hüquq mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının əməyi danılmazdır. Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qazanılan uğurlar xalqın s...
Hadisələr
Xəstəxanaya çatdırılıb Bakının Sabunçu rayonunda canavar yerli sakini dişləyib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, canavarın hücumuna Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivinin sakini 1966-cı il təvəllüdlü Camal Fəxrəddin oğlu Cahangirov məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. BakuCity.az
Hadisələr
Ətrafa yanacaq dağıldı Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb. Məlumata əsasən, Vüqar Xəlilov idarə etdiyi "QAZel" markalı yük maşını ilə Salatın Əsgərova küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman R.Behbudov küçəsində işıqforun qırmızı işığından keçən və 19 yaşlı Abdullayev Qorxmaz İldırım oğlunun i...
Cəmiyyət
Övladlığagötürmə tələblərinə uyğunluq olmadığı təqdirdə müraciətə imtina verilir Valideyn-namizədlərin övladlığa götürmə ilə bağlı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir.  Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, övladlığagötürmə ilə bağlı elektron qaydada müraci...
Cəmiyyət
Azərbaycan ildə 22 min ton fındıq ləpəsi ixrac edir Azərbaycan yaxın 3-4 il ərzində fındıq ixracını 36 faizdən çox artırmağı planlaşdırır. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. O bildirib ki, Azərbaycan hazırda ildə 22 min ton fındıq ləpəsi ixrac edir: "Yaxın 3-4 ildə 30 min tonu keçəcəyik. Bu da ildə orta hesabla 160-200 milyon dollar edir". İ.Orucov vurğulayıb ki, f...