Bakıda qardaş iki bacısını bıçaqladı - VİDEO

Bakıda qardaş iki bacısını bıçaqladı - VİDEO

Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib

Bakucity.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində baş verib. 

Ailə münaqişəsi zamanı 43 yaşlı Muxtar Əlimanov bacıları - 52 yaşlı Səadət Əlimanova və 57 yaşlı Məlahət Əlimanova çoxsaylı bədən xəsarətləri yetirib. Səadət Əlimanova aldığı xəsarətdən dünyasını dəyişib.

Digər yaralı - Məlahət Əlimanova isə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif nahiyələrində dərinə nüfuz edən çoxsaylı kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub. Yaralı əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Muxtar Əlimanov bundan əvvəl də məhkum edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. "Oxu.az"

Bakucity.az

bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər