Bakıda uşağını döyən ata polisə aparıldı

Bakıda uşağını döyən ata polisə aparıldı

Ata Yasamal rayon Polis İdarəsinin təhqiqat şöbəsinə aparılıb

Bakucity.az xəbər verir ki, paytaxtda 158 nömrəli tam orta məktəbinin ibtidai sinif şagirdinin döyülməsi ilə bağlı hüquqi tədbirlər görülüb. 

Yasamal rayon İcra Hakimiyyətindən verilən məlumata görə, məktəb rəhbərliyindən şagirdin valideyni tərəfindən döyülməsi barədə İcra Hakimiyyətinə müraciət olunub. Aparılan araşdırma zamanı müəyyən edilib ki, uşağa xəsarət yetirən atasıdır.

Bundan başqa, Yasamal rayon Polis İdarəsinə məlumat verilərək xəstəxanaya müraciət olunub, uşaq xəstəxanada müayinə olunaraq xəsarətləri barədə arayış tərtib olunub, uşağın və ananın təhlükəsizliyinin təmin olunması məqsədilə onlar Azərbaycan Uşaqlar İctimai Birliyinə yerləşdiriliblər. 

Şagird 15 apreldə müəllimə müraciət edərək ayaqlarının ağrıdığını bildirib. Şagirdin bədəninə baxış keçirilən zaman onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr olduğu aşkarlanıb. “Qafqazinfo”

Bakucity.az

döyülmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər