Nizami rayonunda qısqanclıq zəminində bıçaqlanma hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Bəkir Çobanzadə küçəsində baş verib.
32 yaşlı Mahir Nemətov keçmiş həyat yoldaşı ilə yeni ailə quran 24 yaşlı Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb.
Baş vermiş münaqişə zamanı Mahir Nemətov keçmiş qayınatası 62 yaşlı Fətulla Əhmədova da bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. "Oxu.az"
Bakucity.az