Bakı məscidlərinin qənimi tutuldu - FOTO

Bakı məscidlərinin qənimi tutuldu - FOTO

Məlumatı Daxili İşlər Nazirliyi Mətbuat xidməti verib

Bakucity.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində məsciddə axundun iş otağından oğurluq edilib.

Zərərçəkən rayon polis idarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan 1500 manat, eləcə də 500 ABŞ dollarının oğurlandığını deyib.

Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Anar Mirzəyev tutulub. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib.

A.Mirzəyevin oğurluq əməli məscidin təhlükəsizlik kamerasına düşüb.

Araşdırma zamanı saxlanılan şəxsin ötən ilin sentyabr ayında Yasamal rayonunda məscidlərdən birində nəzir qutusundan da oğurluq etdiyi və bu əməlinə görə 3 ay müddətinə inzibati qaydada həbs olunduğu da məlum olub.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. "Buta.media"

Bakı məscidlərinin qənimi tutuldu - FOTO, fotoşəkil-1

Bakucity.az

oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər