Bakı xəritəsində ən populyar yer...
Bakucity.az xəbər verir ki, “Maxim” xidmətinin mütəxəssisləri 2019-cu il üçün statistikanı təhlil edib paytaxt sakinlərinin və şəhərin qonaqlarının ən çox hara taksi sifariş etdiklərini müəyyənləşdiriblər.
Təhlilə görə, Bakı xəritəsində ən populyar yer beynəlxalq avtovağzaldır. Səfərlərin ümumi sayının 1,2%-i məhz ora edilib.
2-ci yerdə metrodur – “20 Yanvar” metro stansiyası. Marşrutların 0,9%-də rast gəlinir.
“Gənclik Mall” ticarət mərkəzi 3-cü yeri tutur, ora edilən səfərlərin payı 0,7% təşkil edir.
“28 Mall” ticarət mərkəzinə gedənlərin sayı isə biraz az olub - 0,6%.
Reytinqin 5-ci pilləsini hava 0,5%-lə limanı tutur.
Ən populyar yerlərin onluğuna həmçinin “Əcəmi”, “Həzi Aslanov” və “Əhmədli” metrostansiyaları, “Yeganə Şadlıq Sarayı” və “Oazis” restoranları da daxil olub. "Qaynarinfo"
Bakucity.az