"Ferrari"nin "Mercedes"i üstələyəcəyinə şübhə edirəm"
Bakucity.az xəbər verir ki, bunu 2016-cı ildə Bakıda təşkil olunan ilk "Formula 1" yarışının qalibi olan "Mercedes"in sabiq pilotu Niko Rosberq şəxsi bloqunda yazıb.
Onun fikrincə, Bakı trasında qısa döngələrin çoxluğu "Ferrari"nin vaxt itirməsi ilə nəticələnəcək:
"Onların hansı trasda üstün olacaqlarını bilmirəm. Hazırda vəziyyət belədir - "Mercedes" pilotları bütün Qran-prilərdə onları qabaqlayacaqlar. Hətta Barselonada da. Həm də "Ferrari"nin airodinamika ilə bağlı ciddi problemi var".
Yeni mövsümün ilk 3 mərhələsində "Mercedes" pilotları qalib olublar. Lüis Hemilton Çin və Şanxayda, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Sonra Bottas 44 xalla 1-ci, Hemilton 43 xalla 2-ci, "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen 27 xalla 3-cüdür.
Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək. "Report"
Bakucity.az