Bakıda bu yollarda xətlənmə işləri aparılır

 Bakıda bu yollarda xətlənmə işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücüləri xəbərdar edir

Bakucity.az xəbər verir ki, Bakı şəhəri, Xan Şuşinski küçəsində bu gün günorta saat 12:00-dan axşam saatlarınadək, axşam saat 22:00-dan səhər saatlarına qədər Şəmsi Bədəlbəyli və Süleyman Rüstəm küçələrinin kəsişməsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

 verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülər sözügedən yolda diqqətli olmalı, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etməldirlər. "Trend"

Bakucity.az

yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər