Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək
Bakucity.az xəbər verir ki, aprelin 26/28-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq ölkələrin və gimnastların sayı açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Milli Gimnastika Arenasında gerçəkləşəcək yarışda 39 ölkədən 200-dən çox idmançı yarışacaq.
3 gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.
Yarışların ilk 2 günü təsnifat mərhələləri gerçəkləşəcək və çoxnövçülükdə ən yüksək xal toplayan 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici mərhələdə qaliblər müəyyənləşəcək.
Ən çox icra xalını yığan gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq. "ONA"
Bakucity.az