Bakıda şagirdi intihar edən məktəbin direktoruna cinayət işi açıldı

Bakıda şagirdi intihar edən məktəbin direktoruna cinayət işi açıldı

Bu gün məhkəməsi ilacaq

Bakucity.az xəbər verir ki, paytaxtda 162 saylı orta məktəbdə intihar edən Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb olunub.

Belə ki, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Dünən S.Abbasovanın təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb.

S.Abbasova barəsində bu gün Səbail rayon məhkəməsində qərar qəbul ediləcək. “Qafqazinfo”

Bakucity.az

məktəb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər