Bakıda sabaha gözlənilən hava şəraiti açıqlandı

Bakıda sabaha gözlənilən hava şəraiti açıqlandı

Bakucity.az hava haqqında məlumatı təqdim edir:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Səhər duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 10-12, gündüz 15-17, Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17  dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Bakucity.az

hava haqqında
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər