Bakıda valideyni tərəfindən döyülən şagirdin işi ilə bağlı araşdırma başlandı

Bakıda valideyni tərəfindən döyülən şagirdin işi ilə bağlı araşdırma başlandı

Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsindən məlumat verilib

Bakucity.az xəbər verir ki, Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyn zorakılığına məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.

Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, faktla bağlı Yasamal Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam etdirilir:

“Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb, bütün məlumatlara malikik. Yekun məlumat hadisə ilə bağlı araşdırmalardan sonra veriləcək”.

Xatırladaq ki, aprelin 15-də Bakının Yasamal rayonunda yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan ibtidai sinif şagirdi müəllimlərdən birinə ayaqlarının ağrıdığını bildirib. Şagirdin bədəninə baxış keçirilən zaman onun hər 2 ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələrin olduğu müəyyən edilib. Uşaq evdə atası tərəfindən döyüldüyün deyib. Uşağın müayinəsi məqsədi ilə təcili-tibbi yardıma müraciət olunub və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib. "Report"

Bakucity.az

məhkəmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər