Bakıda falçını vəhşicəsinə öldürdü - FOTO

Bakıda falçını vəhşicəsinə öldürdü - FOTO

Qatil məhkəməyə müraciət edib

Bakucity.az xəbər verir ki, Bakının Hövsan qəsəbəsində 56 yaşlı Anjelika Morozovanı vəhşicəsinə öldürən Qazax rayon sakini, 34 yaşlı Namiq Vəkilov Ali Məhkəməyə müraciət edib. 

Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərşəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə məhkum olunan və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 il müddətinə azadlıqdan məhrum edilən Namiqin apelyasiya şikayəti təmin olunmamasından sonra o, Ali Məhkəməyə müraciət edib. N.Vəkilov cəzasının yüngülləşdirilməsini xahiş edib. 

Ötən il fevralın 24-də Hövsan qəsəbə sakini Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə, üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi məlumatı əsasında, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Suraxanı rayon prokurorluğunda başlanan cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna həvalə edilib. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, A.Morozovanın ölümünə mexaniki asfiksiya, yəni boğulma səbəb olub. 

Qətlə yetirilən qadın tək yaşayıb. Hadisəni törədən şəxs mənzilin qapısını bağlayaraq, ərazidən uzaqlaşıb. Morozovaya zəng edən yaxınları, onun cavab vermədiyini gördükdə polisə müraciət ediblər. 

Ayın 28-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları mərhumun tanışı N.Vəkilovu Qazax rayonu ərazisində tutublar. 

O, Anjelikadan 500 manat borc pul aldığını etiraf edib. Qadın pulunu istədikdə isə məbləği qaytara bilməyən N.Vəkilov onu öldürüb. 

Ayın 21-də N.Vəkilov Xətai rayonunda yerləşən aptekdən psixotrop tərkibli "Tramadol" həbləri alıb və oradan avtobusla Hövsana gəlib. Qadının süzdüyü çay fincanına dərmanı əzib, toz şəkilində tökərək 15-20 dəqiqədən sonra onun halsız vəziyyətə düşməsinə nail olub. Morozova çarpayıya uzandıqda, başına selofan paket keçirərək öldürüb. "news.24.az"

Bakıda falçını vəhşicəsinə öldürdü - FOTO, fotoşəkil-1

Bakucity.az

qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər