Bakı sakinlərinin nəzərinə, bu məhsullar bahalaşdı - Siyahı

Dövlət Statistika Komitəsinin məlumatı

Bakucity.az xəbər verir ki, 2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1%, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6% bahalaşıb.

Cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6%, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3%, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.

Ay ərzində unun, çörəyin, makaron məmulatlarının, qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, kəsmiyin, zeytun yağının, limonun, naringinin, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, kələmin, göyərtinin, xiyarın, pomidorun, balqabağın, bibərin, çuğundurun, kartofun, soğanın, sarımsağın, energetik içkilərin qiymətlərində bahalaşma, mal və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, xamanın, süfrə marqarininin, qarğıdalı yağının, yumurtanın, qozun, fındığın, şabalıdın, badımcanın, yerkökünün, quru noxud və lobyanın, mərcinin, şəkər tozunun, duzun qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər yoxdur.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, velosipedlərin, televizorların, dəftərxana ləvazimatlarının, sementin, kərpicin, nitro və yağlı boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxtanın, sulu boyanın, kondisionerlərin, mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma olub.

Qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər yoxdur.

Cari ilin mart ayında fevral ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, istirahət turlarının qiymətləri bahalaşıb, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər olmayıb. "Ölkə.Az"

Bakucity.az

Qiymət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda 583 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. R. Bayramlının sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7  nəfər vəfat edib. BakuCity.az
Cəmiyyət
Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir?  Xəbər verdiyimiz kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul s...
Kriminal
Bakıda 200 kiloqrama yaxın at əti aşkarlanıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 200 kq-a yaxın at əti aşkarlayıb. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricil...
Cəmiyyət
Azərbaycanda yay fəsli ilə bağlı iş sektorunda kütləvi məzuniyyətə çıxmalara başlanılıb. Koronavirus pandemiyasına görə beynəlxalq uçuşlar dayandırılıb, ölkənin sərhədləri bağlıdır, vətəndaşlar xaricə səfər edə bilmir. Daxildə isə artıq 15 ərazi vahidində sərt karantin rejimi tətbiq edilir. Bəs görəsən Bakıda işləyib rayon qeydiyyatı olan və məzuniyyətə çıxan şəxslər bölgələrə səfər edə bilərmi? BakuCity.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin...
“Valyuta bazarında təlatüm yaşanarsa, növbəti il üçün bütün məsələlərə yenidən baxmaq zərurəti yaranacaq”. BakuCity.az xəbər verir ki, bunu koronavirus pandmeiyasının ölkə iqtisadiyyatına vurduğu zərərlərə münasibət bildirən iqtisadçı Pərviz Heydərov deyib. P. Heydərovun fikrincə, hazırki şəraitdə proqnozlaşdırılan büdcə gəlirləri ciddi təzyiq altındadır: “Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın məbləğini dəqiq söyləmək hələ mümkün deyil. Proses...
Cəmiyyət
Koronavirusla bağlı test verən şəxslərin analizlərinin "E-TƏBİB" proqramı vasitəsilə alınmasında problem yaşanıb. BakuCity.az xəbər verir ki, test edilən şəxslərə analizlərin cavabı gəlmir və ya onların test olunmadığı məlumatı gəlir. Bu cür hallar vətəndaşlar arasında çaşqınlıq yaradır. E-tebib layihəsinin rəhbəri Fuad Niftəliyev Trend-ə açıqlamasında faktı təstiqləyib. F. Niftəliyev bildirib ki, hazırda problemin həlli istiqamətində işlər görülür: "Əsli...
Ekologiya
Bakıda 4 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz 30-34, Bakıda gecə 21-23, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəc...
Kriminal
Bakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən şəxsin kriminal avtoritet olduğu məlum olub.   BakuCity.az xəbər verir ki, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq qətlə yetirilib. Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından o...
Cəmiyyət
Sabah Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək. Sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. "Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən cidd...