"Tapana 1000 manat pul verəcəm"
Bakucity.az xəbər verir ki, Bakıda Farina adlı bir xanımın itini oğurlayıblar. Oğurluq "Qaçaq Nəbi 12" ünvanında baş verib.
İti oğurlanan qadının ağlayaraq xahiş etməsi görüntüləri sosial şəbəkədə yayılıb. O, adının Riçi olduğu itini tapan şəxsə 1000 manat pul mükafatı verəcəyini bildirib.
Bakucity.az