Bakıda universitet tələbəsi intihar etdi

Bakıda universitet tələbəsi intihar etdi

İntihar edən gənc SDU-nun tələbəsidir

Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Binə qəsəbəsində baş verib. Sumqayıt Dövlət Universitetinin (SDU) fizika və elektroenergetika fakültəsinin 2-ci kurs tələbəsi, 20 yaşlı Elməddin Bəşirov yaşadığı evin eyvanından özünü asıb.

E.Bəşirov intihar etməzdən əvvəl məktub yazıb. Məktubda nə yazıldığı açıqlanmır.

SDU-nin mətbuat katibi Nazxanım Cəlilli E.Bəşirovun nümunəvi tələbələrdən olduğunu qeyd edib:

"Ötən gün həmin tələbə dərsdə iştirak edib. Yaxşı oxuyan tələbə olub, heç bir kəsiri də olmayıb. Bu gün dərsə gəlmədiyini görən fakültə rəhbərliyi tələbə ilə əlaqə saxlayıb. Telefona qardaşı cavab verib və Elməddinin rəhmətə getdiyini deyib. Onun intihar edib-etmədiyini bilmirik". "ONA"

Bakucity.az

intihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər