Bakı Şəhər İcra Hakimiyyəti yeni qurum yaratdı

Bakı Şəhər İcra Hakimiyyəti yeni qurum yaratdı

Bakıda məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasına başlanılıb

Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hazırlanır.

Bununla əlaqədar şirkətin nümayəndələri növbəti dəfə Bakıya gəliblər. Nümayəndələrin apardıqları araşdırmaların nəticələri konsepsiyanın hazırlanmasında əsas götürülüb.

Əsas məqsəd paytaxtda məişət tullantılarının daşınması və idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, Bakını gözəl məkana çevirməkdir.

Konsepsiya şərçivəsində artıq 2 aya yaxındır ki, Bakı şəhərində işlər gedir və paytaxtın Səbail, Nərimanov, Yasamal, Nəsimi rayonlarında məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub. Aprelin 15-dən isə Binəqədi, Nizami və Xətai rayonlarıa konteynerlərin verilməsinə başlanılıb.

Görülən işlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Monitorinq Mərkəzi yaradılıb. 

Aprelin 17-də saat 11:30-da Monitorinq Mərkəzində Böyük Britaniya "Mott MacDonald" şirkəti rəhbərliyinin nümayəndəsi, Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri Martin Saymon konsepsiya barədə jurnalistləri maraqlandıran sualları cavablandıracaq. "Report"

Bakucity.az

BŞİH
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər