Yanğın elektrik qovşağındakı nasazlıq səbəbi ilə baş verib
Bakucity.az xəbər verir ki, paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 16 mərtəbəli binada saat 23:00 radələrində yanğın olub.
Yanğına elektrik xətlərindəki yüklənmə səbəb olub. Nəticədə elektrik xətləri yanmağa başlayıb.
Sakinlər binadan təxliyə olunub və yanğın söndürüldükdən sonra binaya buraxılıblar.
Tüstüdən zəhərlənən və yanğından xəsarət alan olmayıb. "Oxu.az"