Bakıda quşçuluq müəssisəsindən oğurluq edən gözətçi tutuldu - VİDEO

Toyuq və toyuq məhsulları naməlum şəraitdə oğurlanıb

Bakucity.az xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsindəki quşçuluq müəssisələrinin birindən oğurluq olub.

Zərərçəkən Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə bildirib ki, bu ilin yanvar-aprel ayları ərzində müəssisədən külli miqdarda toyuq və toyuq məhsulları naməlum şəraitdə oğurlanıb.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin müəssisənin gözətçisi, paytaxt sakini Elşad Ağayev saxlanılıb və gecə növbəsində olan zaman dəfələrlə müəssisənin anbarından toyuq və toyuq məhsulları oğurladığını etiraf edib.

Araşdırma zamanı E.Ağayevin oğurladığı məhsulları paytaxt ərazisində yerləşən bir neçə mağazaya ucuz qiymətə satdığı aşkarlanıb. "ONA"

Bakucity.az

oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Elda Həsənov həbs olunub. Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. Həmçinin oxu: Bakını tərk etmək istəyən COVID-19 xəstəsinə cinayət işi başlanıldı İndiyədək ölkədə ümumilikdə 33 915 nəfərin korona...
Biznes
“Mənzil sahibi olmuş vətəndaşların mənzil seçimi prosesi barədə məlumatları sosial şəbəkələrdə paylaşmaları məqsədəuyğun olardı”. BakuCity.az xəbər verir ki, bu fikirləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərlə bağlı keçirdiyi son satışların nəticələrini dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Həmçinin oxu: Güzəştli mənzillər belə təhvil veriləcək - VİDEO Vüqar Bayramov qeyd edib ki, artıq mənzilə sahib olanların...
Ekologiya
Bakıda 14 avqustda gözlənilən hava şəraiti açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilənməlumata görə,Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.  Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  28-31,  Bakıda  gecə 21-23, gündüz  29-31 dərəcə is...
Kriminal
Bakıda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyindən BakuCity.az-a bildirilib. Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiklərinə görə tutulmuş H.Məlikovun, T.Əliyevin və V.Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakini E.Kazımovun 400 manat, 470 ABŞ dolları və 600 avro pulunu soyğunçuluq yolu ilə almaları da müəyyən edilib. BakuCity.az
Kriminal
Yaşayış yerini tərk Covid-19-a yoluxmuş şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə koronavirusa yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.  Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydala...
Cəmiyyət
Azərbaycanda karantin rejiminin qaydaları yumşaldıqdan sonra bir sıra müəssisələr və obyektlər öz fəaliyyətini bərpa edib.  BakuCity.az xəbər verir ki, Azərbaycanda əhalinin böyük maraqla gözlədiyi "Binə" və "Sədərək" ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağanın aradan qaldırılmasıdır.  Hələlik hər iki ticarət mərkəzinin fəaliyyəti ilə bağlı qərar verilməsə də, sosial şəbəkədə iri ticarət mərkəzlərinə olan tələbatla bağlı geniş müzakirələr aparılır...
Cəmiyyət
Bakıda müəllim dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib. Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas edib. BakuCity.az xəbər verir ki, bu barədə Ali Məktəbdən məlumat verilib.  Məlumata görə, Pyotr Kuvşinov güclü küləyə və yorulmasına rəğmən h...
Cəmiyyət
Dondurulmuş toyuq qanadlarında koronavirus aşkarlanıb. Çinin cənubundakı Şenzen şəhəri rəhbərliyi Braziliyadan gətirilmiş dondurulmuş toyuq qanadında koronavirus aşkarlandığını açıqlayıb. BakuCity.az xəbər verir ki, Çinin yerli xəstəliklərə nəzarət mərkəzləri iyun ayından etibarən ət və dəniz məhsullarını xüsusi testlərdən keçirirlər. Buna səbəb iyun ayında dəniz məhsulları bazarında yeni virusun yayılması idi. Bu proseslər çərçivəsində toyuq qanadlarından...