Bakıda bu günə gözlənilən hava şəraiti açıqlandı

Bakıda bu günə gözlənilən hava şəraiti açıqlandı

Bakucity.az hava haqqında məlumatı təqdim edir:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Bakucity.az

Hava haqqında
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər