Bakıda yol polisi sürücülərə xəbərdarlıq etdi

Bakıda yol polisi sürücülərə xəbərdarlıq etdi

Xəbərdarlıq avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə edilib

Bakucity.az xəbər verir ki, paytaxtda səhər saatlarında yağışlı hava şəraiti ilə əlaqədar yollarda tıxac və maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daha bir hadisə isə Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.

Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov hava şəraiti ilə əlaqədar sürücülərə yollarda qeyd edilən sürət həddini aşmamağı tövsiyə edib:

“Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilər. Ümumiyyətlə, sürücülər bu cür hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır. 

Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması zamanı sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər. Xüsusilə paytaxtın enişli-yoxuşlu, sərt döngələrində sürücüləri daha diqqətli olmağa səsləyirik”. "Oxu.az"

Bakucity.az

yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər