Bakıda zavodda üzərinə dəmir boru düşən fəhlə öldü

Bakıda zavodda üzərinə dəmir boru düşən fəhlə öldü

Bakıda zavodda bədbəxt hadisə baş verib

Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bünyad Sərdarov adına Maşınqayırma Zavodunda baş verib.

Fəhlələrdən biri, 52 yaşlı Kərim Kərimovun üzərinə ağır çəkili metal boru düşüb. K.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb.

Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. "ONA"

Bakucity.az

ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər