Hadisə Nizami rayonda qeydə alınıb
Bakucity.az xəbər verir ki, aprelin 16-da saat 17 radələrində paytaxtın Nizami rayonunda yaşayan, 79 yaşlı Əkrəm Əliyevin meyiti yaşadığı evin hamam otağında aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. "ONA"
Bakucity.az