Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO

Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO

Tədbir Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib

Bakucity.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzin “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii musiqili gecə keçirilib.

Beynəlxalq Muğam Mərkəzindən verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində hazırlanıb. 

Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən tədbirdə Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar artist Mir Nazim Əsədullayev, Saleh Novruzlu, Haci Əzizağa çıxış edərək görkəmli xanəndənin ömür yolu və musiqi mədəniyyəti sahəsində xidmətlərindən danışıblar. 

Tədbirdə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artist Gülüstan Əliyeva, ustad xanəndənin tələbələri Saleh Bədəlov, Rövşən Bəşirov muğamlardan parçalar, xalq mahnılarını səsləndiriblər.

İfaçıları tarda Rövşən Qurbanov, kamançada Əməkdar artist Toğrul Əsədullayev, qanunda Əməkdar artist Təranə Əliyeva, udda Vasif Yusifli, nağarada Amil Mustafayev və balabanda Rafael Əsgərzadə müşayiət ediblər.

Ədəbi-bədii gecədə Hacıbaba Hüseynovun şerləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nadir Hüseynovun ifasında tamaşaçılara təqdim olunub.

Tədbir gur alqışlarla qarşılanıb.

Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO, fotoşəkil-1 Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO, fotoşəkil-2 Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO, fotoşəkil-3 Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO, fotoşəkil-4 Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO, fotoşəkil-5 Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO, fotoşəkil-6 Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO, fotoşəkil-7 Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO, fotoşəkil-8 Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO, fotoşəkil-9 Bakıda Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - FOTO, fotoşəkil-10

Bakucity.az

konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər