Bakıda obyektlərə qənim kəsilən oğrular tutuldu - FOTO

Bakıda obyektlərə qənim kəsilən oğrular tutuldu - FOTO

Paytaxtda 15 obyektdən oğurluq edən şəxslər saxlanılıb

Bakucity.az xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq olub.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb. 

Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar və oğurluq etdiklərini etiraf ediblər. 

Xətai RPİ-də saxlanılan şəxslərin ətraflarında aparılan əlavə əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən və 3 saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurladıqları məlum olub.

Bakıda obyektlərə qənim kəsilən oğrular tutuldu - FOTO, fotoşəkil-1 Bakıda obyektlərə qənim kəsilən oğrular tutuldu - FOTO, fotoşəkil-2 Bakıda obyektlərə qənim kəsilən oğrular tutuldu - FOTO, fotoşəkil-3 Bakıda obyektlərə qənim kəsilən oğrular tutuldu - FOTO, fotoşəkil-4

Bakucity.az

oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər