Bakıda avtobusda cibgirlik edən qadın saxlanılıb
Bakucity.az xəbər verir ki, paytaxtın Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bakucity.az