Bakı limanına yük daşıyacaq fider gəmi istifadəyə verildi

Bakı limanına yük daşıyacaq fider gəmi istifadəyə verildi

Aktau limanından konteyner yüklərini Bakı limanına daşıyacaq ilk fider gəmisi istifadəyə verilib

Bakucity.az xəbər verir ki, Qazaxıstanın Aktau dəniz limanından konteynerlər yüklərini Bakı limanına daşıyacaq ilk “Türkistan” adlanan fider gəmisi istifadəyə verilib.

Məlumatı Qazaxıstanın Dəmir Yolları İdarəsi yayıb.

Fider daşımalarda həcmi 225 iyirmi funtluq konteynerlər daşıya bilən gəmilərdən istifadə ediləcək ki, bu da iki tam heyətli konteyner qatarların yükünün daşımasını təmin edəcək.

Qeyd edək ki, konsolidə olunmuş tranzit yükləri Qazaxıstanın ixrac yükləri ilə konteynerlərdə birgə Çindən Avropaya sürətlənmiş rejimdə daşınacaqlar. Cəmi 16 saat ərzində Lyanyunqandan İstanbula aparılan yükləri Qazaxıstan, Azərbaycan, Türkiyə dəmir yolçuları tranzit yüklərini konteyner qatarlarının heyətində daşınmasına təmin etməyə hazırdırlar.

Fider gəmiləri həftəlik olaraq istiqamət alacaq ki, bu da Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu üzrə yüklərin daşınmasını artıracaq və gələcəkdə Xəzər regionunda yüklərin konteynerləşdirilməsinin inkişafına səbəb olacaq.

“Qazaxıstan Dəmir Yolları”nın İdarə Heyətinin sədri Sauat Mınbayev bildirib ki, Transxəzər marşrutu Avrasiya nəqliyyat arteriyalarının əsas aparıcı qollarından biridir və Qazaxıstanın tranzit dəhlizləri sistemini tamamlayır. Onun sözlərinə görə, Türkiyə, Gürcüstan və Azərbaycandan Çin istiqamətində əks yük daşımalarını cəlb etmək üçün aşağı tarif müəyyənləşdirilib ki, bu da bu marşrutu rəqabət qabiliyyətli edir. 

Bakucity.az

gəmi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər