Məlumat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilib
Bakucity.az xəbər verir ki, paytaxtın Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində bu gün günorta saat 12:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin axşam saat 23:00-dan səhər saatlarına qədər Mirzəağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması məqsədilə xətlənmə işləri görüləcək. Məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.
Sürücülər sözügedən yolda hərəkətdə olarkən diqqətli olmalı, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etməlidirlər. "Trend"
Bakucity.az