Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası olub
Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Rayonun Bəhruz Mirzəyev küçəsində avtomobil 58 yaşlı Zöhrə Rəhimovanı vurub.
Qadın təcili olaraq Travmatologiya İnstitutuna yerləşdirilib. Ona baldır sümüyünün sınığı diaqnozu qoyulub. Həyati təhlükəsi yoxdur. "Oxu.az"
Bakucity.az