Bakıda intihar edən Elinanın atası direktorun həbsindən danışdı

Bakıda intihar edən Elinanın atası direktorun həbsindən danışdı, Javid

"Balamın qanı yerdə qalmayacaq"

"Ev dustaqlığı ilə bağlı qərarı oxudum. Mən Azərbaycan qanunverciliyi çərçivəsində o xanımın layiqincə cəzalandırılacağına tam inanıram. Mən qızımı itirmişəm, əlim-qolum bağlanıb..."

Bakucity.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev məktəbin sabiq direktoru Sevinc Abbasovanın dünən verilən qərarla ev dustaqlığına məhkum olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

O deyib ki, Sevinc Abbasovanın cəzalandırılacağına əmindir: "Bütün bu işlər davam etdirilir və mən Azərbaycanda ədalətə inanıram. Ədalətli qərar çıxarılacaq və mənim balamın qanı yerdə qalmayacaq".

Bakucity.az

Elina Hacıyeva
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər