Quraşdırılan konteynerlər ərazilər üzrə müxtəlif rənglərdə olacaq
Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında Bakıya ilkin olaraq Almaniya və Rusiyanın birgə istehsalı olan 1540 ədəd tullantı konteyneri gətirilib.
Konteynerlər ilk olaraq paytaxtın Nərimanov, Səbail, Yasamal və Nəsimi rayonlarında quraşdırılıb.
Aprel ayının sonuna ölkəyə daha 110 ədəd konteynerin gətirilməsi gözlənilir. Gələn ayın əvvəli isə yalnız Almaniya istehsalı olan daha 125 ədəd konteyner gətiriləcək.
Eyni zamanda konteynerlerin gətirilməsinə təlabat yaranarsa, əlavə olaraq yenidən konteynerlərin sifariş veriləcəyi istisna edilmir. "Oxu.az"