İranlı nazir sabah Bakıya gəlir

İranlı nazir sabah Bakıya gəlir

Nazirin səfəri zamanı Azərbaycanda İran Ticarət Mərkəzinin açılışı gözlənilir

Bakucity.az xəbər verir ki, İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani aprelin 18-də Bakıya gələcək. İran naziro Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalisinin sosial müdafiəsi naziri Sahil Babayev və iş adamları ilə görüşəcək.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində Hacıqabul sənaye məhəlləsində Azərbaycan və İranın avtobusqayırma və yedək hissələrin birgə istehsalı üzrə layihənin təməli qoyulacaq.

Səfər zamanı Azərbaycan və İran arasında ikitərəfli iqtisadi və enerji layihələri, Şimal-Cənub Dəhlizi, Rəşt-Astara dəmiryol layihəsi, sərgi əməkdaşlığı, əməkdaşlıq memorandumlarının imzalanması haqda müzakirələr aparılacaq."Trend"

Bakucity.az

səfər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər