18 yaşınadək şəxslərlə bağlanan əmək müqaviləsinin şərtləri açıqlandı

18 yaşınadək şəxslərlə bağlanan əmək müqaviləsinin şərtləri açıqlandı

Nazirlik: 15 yaşdan 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən valideynlərindən birinin razılığı olmalıdır

Bakucity.az xəbər verir ki, əmək qanunvericiliyinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır. Həmin yaşdan 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 10 saylı regional bölməsindən məlumat verilib.

Belə ki, 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə İnzibati Xətalar Məcəlləsində cəza tədbirləri nəzərdə tutulub.

İşəgötürənlərin əmək münasibətlərinə cəlb edilən hər bir işçi ilə əmək müqaviləsi bağlaması vacibdir.

Bakucity.az

əmək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər