Bakıda “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirildi

Bakıda “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirildi

Tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına həsr olunub

Bakucity.az xəbər verir ki, Aprelin 17-də Bakıda “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının fəaliyyətinə həsr edilib.

Tədbirdə fondun icraçı direktoru Mehman İsmayılov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin mətbuat katibi, protierey Konstantin Pominov, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanının müavini Vadim Suxarev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul əməkdaşı Anar Əlizadə və başqaları müxtəlif mövzularda çıxış ediblər.  

Azərbaycanda tarix boyu müxtəlif xalqların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadıqları, Azərbaycan dövləti bu tolerant mühiti qoruduğunu və ölkəmizdə bütün dinlərə mənsub insanların rahat yaşamaları üçün hər cür şəraitin olduğu vurğulanıb. Qeyd olunub ki, bütün dünyada ksenofobiyanın, islamofobiyanın hökm sürdüyü bir dövrdə Azərbaycanda sabitlik, əmin-amanlıq var. "SalamNews"

Bakucity.az

tədbir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər