Türkiyəli qonaqlar Bakıda inklüziv təhsil siniflərində - FOTO

Bakıda səfərdə olan türkiyəli qonaqlar 138 nömrəli məktəbdə olublar

Bakucity.az xəbər verir ki, Bakıda səfərdə olan Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri paytaxtdakı 138 nömrəli tam orta məktəbdə olub və sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu inklüziv təhsil sahəsi ilə maraqlanıblar.

Görüşdə Təhsil nazirinin müşaviri Nigar Bağırlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent Yazıcı, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi, Təhsil Nazirliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri iştirak ediblər.

Məktəblə tanışlıqdan sonra qonaqlara məktəbin fəaliyyəti və əldə olunmuş uğurlar haqqında geniş məlumat verilib.

Tədbirdə çıxış edənlər “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər və inklüziv təhsil siniflərində müəllimlərin üzərinə düşən vəzifələr barədə məlumat veriblər. Bildirilib ki, müəllimlər sağlamlıq imkanları məhdud uşaqların məktəbə uğurlu inteqrasiyası və səmərəli öyrənmə mühitinin stimullaşdırılmasında hərəkətverici qüvvədir. 

Görüş zamanı sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb, iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr müzakirə olunub.

Sonda şagirdlərin iştirakı ilə ədəbi-bədii və idman proqramı təşkil olunub.

Bakucity.az

inklüziv
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Azərbaycanda koronavirusdan daha 9 nəfər vəfat edib. Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlar...
İdman
Ötən mövsüm Azərbaycan Premyer Liqasını II və III pillədə başa vuran "Neftçi" və "Keşlə" klubları medallarına qovuşublar. BakuCity.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əvvəlcə "Keşlə"nin bazasında olublar. PFL rəsmiləri bürünc medalları klubun prezidenti Zaur Axundova təqdim ediblər. Onlar daha sonra isə "Neftçi"nin bazasına yollanar...
Cəmiyyət
Bakının “kimsəsiz” çimərlikləri fotoşəkillərdə. Ölkə ərazisində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejimi sərtləşdirilib. BakuCity.az xəbər verir ki, karantin rejimində kimsəsizliyə məhkum olan məkanlardan biri də çimərliklərdir. "Oxu.Az"ın fotoqrafı Bakıda yerləşən bir neçə çimərlikd...
Cəmiyyət
İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib. BakuCity.az xəbər verir ki, bu barədə İ. Ağayev özü bildirib. İ. Ağayev deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işlə...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 6-8 dərəcə aşağı enəcək. İyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şə...
Kriminal
Yasamal qəbiristanlığında molla BAKU.TV-nin əməkdaşına hücum edib. Dünən BAKU.TV-nin əməkdaşları Yasamal rayonu ərazisində yerləşən və Yasamal qəbiristanlığı kimi tanınan ərazidə çəkiliş aparıblar. BakuCity.az xəbər verir ki, çəkiliş zamanı qəbiristanlıqda mollalıq fəaliyyəti ilə məşğul olan şəxs kanalın operatoruna hücum edib. Operator Elgün Hümbətova müxtəlif bədən xəsarətləri yetirilib. Əməkdaşlarımıza hücum edən şəxs hətta başqalarına da zəng edərək hə...
Cəmiyyət
"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir". "Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün əlavə 250 ml maye tələb olunur. Mayenin yetərsiz qəbulu temperatursalıcı maddələrin effektsiz olmasına, bəlğəmin çətin ifrazına, qanın qatılaşmasına səbəb olur". BakuCity.az xəbər verir ki, bu sözləri tanınmış həkim reanimatoloq Şa...
Ekologiya
Bakıda 9 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qrəb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan...
Cəmiyyət
Yas mərasimləri hansı formada keçirilməlidir? İslam dininə əsasən insan vəfat etdikdən sonra onun lazımi qaydada dəfni həyata keçirilməlidir. Bunu etdikdən sonra başqa heç nəyə ehtiyac qalmır. BakuCity.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, vəfat edən insan dəfn edilir, mərasim də məzarlıqda həyata keçirilir: “Dində insanın dəfnində çox və ya az adamın iştirakı məsələsi yoxdu...